Müğənni Biyankanın evi qarət olundu

Müğənni Biyankanın evi qarət olundu
MAQAZİN
13:05 21.08.2024
230
Belarusiyalı müğənni Byankanın evi qarət olunub.

AZXEBER.COM Rusiya mətbuatına əsasən xəbər verir ki, dünən gecə baş verən hadisəni izləyiciləri ilə paylaşan müğənni cinayətkarın iki nəfər olduğunu deyib.
 
Müğənni oğruların evə pəncərədən daxil olduğunu bildirib:
 
"Onlar pişiklər üçün qoyulan pəncərədən içəri giriblər. Tutuquşumun uçmasından qorxaraq qaçıblar. Bununla baxmayaraq Cartier brendindən olan sırğalarım və Tiffany qolbağımı aparıblar".

Ulduz oğruların evdə kimin yaşadığını bildiklərini və buna görə oraya girdiklərini düşündüyünü deyib. O, polisə müraciət etməyəcəyini açıqlayıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR