“Bunlar özlərini gündəmdə saxlamaq üçün bu yollara əl atırlar”.
AZXEBER.COM-un məlumatına görə, bu sözləri müğənni Əli Mirəliyev son günlər xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında yaranan qalmaqala münasibət bildirərkən söyləyib. O, müğənnilərin bu vasitələrlə gündəmə gəlməyə çalışdıqlarını bildirib:
“Xalq artistləri arasında söz-söhbət illər boyu olub, olacaq da. Amma sənətkar heç vaxt gedib qarşısındakı həmkarını polisə və ya məhkəməyə verməz. Olub ki, məsələn, mən də kiminsə adını çəkmişəm sonra mənə zəng ediblər ki, bizim adımızı çəkmə. Qurtarıb söhbət. Yəni məhkəməyə vermək, polis çağırtdırmaq kimə lazımdı? Hər bir halda özlərini gözdən salırlar. Müğənni də müğənnini polisə verər? Müğənninin işi gedib xalq üçün mahnı yazıb oxumaqdı. Gedərsən polisə, amma evivə kimsə girəndə və ya nəyinsə oğurlananda. Amma gedib hansısa sözə görə məsələni bu boyda böyüdəsən. Bu gülməlidi. Bunlar özlərini gündəmdə saxlamaq üçün bu yollara əl atırlar”.
Qeyd edək ki, müğənilər arasındakı mübahisə getdikcə böyüyür. Məsələylə bağlı Nazpəri Dostəliyeva “Bandotdel”ə çağrılaraq dindirilib. Eyni zamanda Məleykə Əsədovanın da dindirməsi ilə bağlı xəbərlər dərc olunub.
Əfsələddin Ağalarov