Tanınmış müğənni Elnur Məmmədov Rusiyanın Dərbənd şəhərində səfərdədir.
Bu haqda AZXEBER.COM-a müğənninin özü məlumat verib.
Müğənni bildirib ki, Dərbənddə rəsmi şəxslərlə görüşüb: "Dərbənd rayon administrasiyasının rəhbəri Məhəmməd Cəlilov, Kənd və Əmlak naziri Mirismayıl Seyidov cənablarıyla görüşlərimiz oldu. Onlar məni çox səmimi və isti qarşıladılar. Eyni zamanda şəhər rəhbərliyi "Dərbənd" mahnıma və çəkilən klipə görə mənə təşəkkürlərini bildirdilər".