Müğənni İzzət Bağırov ikiillik fasilədən sonra musiqisi Gövhər Həsənzadəyə aid olan “Bəs indi neyləyim” mahnısına klip çəkdirəcək. Bu barədə Lent.az-a klipin ekranlaşdıracaq rejissor Nail Naiboğlu məlumat verib: “Çəkilişlər Xızıda aparılacaq. İzzət Bağırov ənənəsinə sadiq qalıb, yenə də türk üslubunda “ağlamalı” mahnı oxuyacaq”. Həmişə kliplərində gözəl qız görməyə alışdığımız Bağırov bu dəfə də bizi “heyrətləndirmək” fikrindədir: “Hazırda kastinq elan olunub. Klip çəkilişləri üçün ucaboy, gözəl, qara qaş-qaragöz qız axtarırıq”, - deyə N.Naiboğlu bildirib.