Müğənni Rəhim Rəhimli vəfat etdi

Müğənni Rəhim Rəhimli vəfat etdi
MAQAZİN
07:36 30.09.2022
2346
Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Xalq artisti Faiq Ağayev "Instagram” hesabında paylaşım edib.

F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan” telekanalının direktoru işləyib.

O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR