Müğənni Səidə Dadaşova ərindən hamilə deyil?

MAQAZİN
11:50 29.08.2012
5011
“Əgər o hamilə olsaydı, mən ondan DNT testi tələb edəcəkdim”. Bunu müğənni Səidə Dadaşovanın həyat yoldaşı Səlcuq Gökgöz Merkez.az-a açıqlamasında söyləyib.Bir müddət öncə mətbuatda Səidə Dadaşovanın hamilə olduğu barədə informasiya yayılmışdı. Lakin sonradan həmin xəbərin yalan olduğu üzə çıxdı. Bu xəbərin yayıldığı zaman Türkiyədə olduğunu deyən müğənninin keçmiş həyat yoldaşı bunları əlavə etdi: “Bu xəbəri eşidəndə mən əslində inanmadım. Çünki 3 ay idi mən Türkiyədə idim. Yəni doğru olsaydı, mən mütləq DNT testi tələb edəcəkdim. Burda inamdan söhbət getmir. O da insandır. Ola bilərdi ki, mən olmadığım müddətdə həyatında kimsə olsun. Amma sonda bütün bunların yalan olduğu üzə çıxdı”.

OXŞAR XƏBƏRLƏR