Azərbaycanlı müğənni və model Sevinc Məmmədova ilk klipinin çəkilişlərini başa vurub.AZXEBER.COM xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, qalmaqallı bəyanatları və açıq-saçıq fotosessiyaları ilə gündəmə gələn ifaçı, nəhayət, tamaşaçılarını yaradıcılığı ilə də tanış etmək qərarına gəlib. Klip sözləri və musiqisi Arzu Abbasovaya məxsus "Peşman olacaqsan" mahnısına çəkilib.Müğənni klipdə də ənənələrinə sadiq qalıb. O, əsasən açıq-saçıq kadrlardan ibarətdir.Sevincin prodüseri Sultan Qocazadə bildirib ki, ifaçı Azərbaycanın seks-simvolu olmaq niyyətindədir.İfaçının çəkiliş meydanında lentə alınmış fotolarını təqdim edirik.