"Rəngarəng" verilişinin canlı yayımında gərgin anlar yaşanıb.
AZXEBER.COM xəbər verir ki, buna səbəb verilişə dəvət olunan müğənni Vüsal Əliyevin görüntülərinin anonsda Vəfa Şərifovadan sonra qoyulması səbəbindən heyətə irad bildirərək proqrama qatılmaması olub.
Son anda verilişə gəlməkdən imtina edən sənətçiyə aparıcı Zaur Nəbioğlu sərt mesaj ünvanlayıb:
"Vüsal Əliyev! Sizə hər zaman verilişimdə hörmətlə yanaşmışam, verilişə gələn zənglərdə sizin haqqınızda deyilən pis sözləri efirə verməyərək dəstək olmuşdum. İlk dəfədir belə bir irad eşidirəm və həqiqətən də təəccüb içindəyəm. Heç vaxt, heç kimə hörmətsizlik etməmişəm. Amma buradan sizdən xahiş edirəm ki, son 5 ildə qonaq olduğunuz verilişlərdə harada birinci olaraq görüntünüz gedibsə, bizə yollayın. Amma mən ona sübut edərəm ki, bəzi verilişlərdə heç onun adı çəkilməyib, amma o, orada qonaq olub. Belə xırda söhbətlər bizə yaraşmaz. Ən azından xanıma öncəlik tanımaq lazımdır".
Qeyd edək ki, Vüsal Əliyev heyətə ünvanladığı mesajda "Vəfanı hansı uğuruna görə məndən qabaqda vermisiz? Mənim sayəmdə tanınmaq istəyən adamı, məndən qabaq təqdim edərək mənə hörmətsizlik etmisiz. Mən o efirə gəlməyəcəyəm" sözlərini yazıb.
Aysel