Müğənni Yaqutu öldürən əri hakim qarşısında - VİDEO

Müğənni Yaqutu öldürən əri hakim qarşısında - VİDEO
KRİMİNAL
18:27 25.01.2024
571
Müğənni Yaqut Həşimovanın qətlində təqsirləndirilən həyat yoldaşı Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Təqsirləndirilən Anar Həşimovun anket məlumatları dəqiqləşdirilib.

Hakim bildirib ki, hazırkı mərhələdə müdafiəçisi olmadığına görə, ona dövlət hesabına vəkil təyin edilib. Tərəflər cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz etmədiklərini bildiriblər.

Məhkəmənin baxış iclası yanvarın 31-nə təyin olunub.

Xatırladaq ki, ötən il oktyabrın 16-da saat 15 radələrində 1985-ci il təvəllüdlü Yaqut Həşimova bıçaqlanaraq qətlə yetirilib. Mərhumun əri 1984-cü il təvəllüdlü Anar Həşimov könüllü şöbəyə gələrək, hadisəni ailə mübahisəsi zəminində törətdiyini bildirib və təslim olub. Polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə Şərifli küçəsində, hadisə baş verən mənzilə və meyitə baxış keçiriblər.

Sosial mediada yayılan məlumatlara əsasən, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olub. O,"AzəriStar” yarışmasının iştirakçısı olub və şou-biznesdə "Yaqut Nəriman” kimi tanınıb. Xalası oğlu Anar Həşimovla 2013-cü ildə ailə həyatı qurub, nikahdan bir övladı olub.

Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıldı - VİDEO
20:32 10.05.2025
İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıldı - VİDEO
Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır
20:23 10.05.2025
Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır
Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır
20:16 10.05.2025
Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır
Ağstafada iki maşın toqquşdu - Xəsarət alanlar var
20:06 10.05.2025
Ağstafada iki maşın toqquşdu - Xəsarət alanlar var
Mingəçevirdə yas-yasa qarışdı
19:50 10.05.2025
Mingəçevirdə yas-yasa qarışdı
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
19:33 10.05.2025
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
19:18 10.05.2025
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
19:06 10.05.2025
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
19:01 10.05.2025
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
18:57 10.05.2025
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
18:51 10.05.2025
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
18:44 10.05.2025
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
18:41 10.05.2025
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
18:35 10.05.2025
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
18:31 10.05.2025
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
18:19 10.05.2025
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var