Müğənnimizin aktrisalığı üzə çıxdı

Müğənnimizin aktrisalığı üzə çıxdı
ŞOU-BİZNES
19:29 13.12.2011
1872
Əməkdar artist Lalə Məmmədova görkəmli dramaturq Mirzə Fətəli Axundovun həyatından bəhs edən “Sübhün səfiri” filmində aktrisa kimi görünəcək. Müğənni ANS PRESS-ə müsahibəsində belə bir tarixi filmdə rol aldığı üçün sevindiyini bildirdi: "Bu, bizim tariximizdir. Bir neçə müddətlik də olsa, həmin tarixi yaşamaq mənə də qismət oldu. Bütün olanlar sanki yuxu idi.”Qeyd edək ki, “Sübhün səfiri” filmində baş rolu xalq artisti Rasim Balayev ifa edir. Filmdə digər tanınmışlar da Türkiyədə yaşayan aktrisa Məlahət Abbasovadan və əməkdar artist Dilarə Əliyeva da rol alıb. Lakin bu filmdə tamaşaçılar ilk dəfə olaraq, Dilarə Əliyevanın qızını, Aytən Əlibəylini də epizodik rolda görəcəklər.
OXŞAR XƏBƏRLƏR