"Müğənninin intellektual olması çox vacibdir" - Murad Arif

"Müğənninin intellektual olması çox vacibdir" - Murad Arif
MAQAZİN
16:11 03.09.2024
175
"Çox heyif ki, səhnəmizdə o qədər gözəl səslər varkən, baxışlar isə o qədər boş, dünyadan, həyatdan, kitablardan məlumatsızdır".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri bəstəkar müğənni Murad Arif sosial şəbəkə hesabında yazıb.
 
Türk müğənni Sezen Aksunun görüntülərini paylaşan müğənni ona olan heyranlığını gizlətməyərək yerli həmkarlarına atmaca atıb:
 
"Nə qədər önəmlidir müğənninin intellektual olması. O qədər zəki sima, baxışlar...Çox heyif ki, səhnəmizdə o qədər gözəl səslər varkən, baxışlar isə o qədər boş, dünyadan, həyatdan, kitablardan məlumatsızdır" deyə o qeyd edib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR