Müflis olan Türkiyə gözəli yardım istəyir

Müflis olan Türkiyə gözəli yardım istəyir
MAQAZİN
15:27 17.01.2024
178

1970-ci illərdə Türkiyədə "Miss ayaq” ləqəbi ilə məşhurlaşan model, aktrisa və müğənni Serpil Örümcer çətin günlər yaşayır.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, illərdir problemli həyatla mübarizə aparan Örümcer şöhrətə gedən yoldan, peşmançılıqlarından danışıb.

O, "Samanyolu" mahnısı ilə dövrə damğasını vuran Berkantla ailə həyatı qurub. Lakin Örümcer "ilk sevgim" dediyi Berkantın spirtli içki problemi üzündən ondan ayrılıb. Karyerasının zirvəsində etdiyi "yanlış” evlilik(lər) onu öz təbirincə desək, tamam başqa həyata sürükləyib.

Hal-hazırda yaşadığı evin komunal borclarını belə ödəyə bilməyən keçmiş Türkiyə gözəli, zamanında onu sevən insanlara müraciyət ünvanlayaraq:

"Çox pis vəziyyətdə yaşayıram. Xeyli komunal borcum yığılıb. Mənə kömək etməyinizi istəyirəm. Təbii ki, bu qarşılıqsız olmayacaq. Mənə kömək edən hər bir şəxsə imzalı fotomu yollayacağam” sözlərini deyib.

Onun bu videosu qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb.

Aysel

 

 


 

 

 


 






OXŞAR XƏBƏRLƏR