Fransada istehsal edilən Azərbaycanın milli parfümü "Mugham” kolleksiyasına daxil olan "Chahargah" ətrinin tanıtım çarxlarıını təqdim edib.
"Ən vazkeçilməz sayılan "Chahargah”ın qoxusu günəşin üfüqləritək yayılır. Portağal çiçəyi, mandarin, vanil, müşk, səndəl ağacı notları havadan asılı olmayaraq qəlbinizi isidəcək. Sizə xoş ovqat və sevinc bəxş edəcək".
Qeyd edək ki, "Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq məhdud sayda satışa çıxarılır. Dizayn və qablaşdırma İngiltərədə, parfüm isə Fransada istehsal edilir. Muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan bənzərsiz "Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da mağazası var.