"Mugham" parfümün Şuşada çəkilən video çarxı dünyanın məşhur telekanalında - VİDEO

"Mugham" parfümün Şuşada çəkilən video çarxı dünyanın məşhur telekanalında - VİDEO
MAQAZİN
13:47 26.10.2022
728
Şuşada çəkilən reklam roliki "Fashion Tv"də yayımlanır.

AZXEBRE.COM xəbər verir ki, "Mugham" parfümün Şuşada çəkilən video çarxı "Fashion TV"-də göstərilib. Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin iştirak etdiyi layihə "Karabakh Bouquet - 1752" ətri haqqındadır.

Şuşa şəhərinin təməlinin qoyulduğu ilin şərəfinə adlandırılan "Karabakh Bouquet -1752" ətri haqqındakı çarx Qarabağda lentə alınan ilk reklam işidir.

"Mugham" parfümün "Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan çeşidləri də var. "Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da satılır.
 

OXŞAR XƏBƏRLƏR