Müharibə nəticəsində Ukraynada 61 xəstəxana dağıdılıb

Müharibə nəticəsində Ukraynada 61 xəstəxana dağıdılıb
DÜNYA
08:12 09.03.2022
258
"Rusiya ordusu Ukraynada 61 xəstəxananı sıradan çıxarıb".

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib.

Onun sözlərinə görə, bəzi binaların pəncərələri sınıb döşəmələrə mərmi düşüb. Lyaşko qeyd edib ki, İzyumda xəstəxana dağıdılıb.

O, həmçinin bildirib ki, Volnovaxadakı xəstəxanada bu il istifadəyə verilən təcili yardım şöbəsi dağıdılıb.

Nazir xəstəxanaya gətirilən ən son avadanlıqların məhv edildiyini bildirib.

OXŞAR XƏBƏRLƏR