Könüllü şəkildə və səfərbərliyə alınmaqla müharibədə iştirak edən tələbələrimiz var. Təbii ki, onların da fərqli problemləri var və bunu başa düşürük.
AZXEBER.COM-un məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, hazırda da Təhsil Nazirliyinə tələbələrin təhsil müəssisəsinə bərpa olunması, kəsirlərlə bağlı müxtəlif müraciətlər edilir. Nazirlik bu problemləri sistemləşdirməyə çalışır.