Müharibənin sifəti olmurmu? - KÖŞƏ

Müharibənin sifəti olmurmu? - KÖŞƏ
KÖŞƏ
17:21 25.02.2012
2003

Müharibənin sifəti olmur. Yalnız məkrli maska, qanlı göz yaşları, ölüm, bədbəxtlik, dağıntılar.

Ermənilər azərbaycanlılara tarixdən bəri təcavüz etmişdilər. Minlərlə azərbaycanlını müxtəlif illərdə vəhşicəsinə qətlə yetirmişdilər.

1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durmalıdır.

1992-ci il fevralın 25-dən 26 - na keçən gecə erməni terror təşkilatları, rus hərbi birləşmələrinin 366-cı polkunun müasir silahlarla təchiz olunmuş muzdlularının genişmiqyaslı hücumu ilə Xocalı soyqrımı törədildi. Xocalıda minlərlə əliyalın, dinc azərbaycanlının qətli icra olundu. Xəstələrə, ağsaqqal və ağbirçəklərə, körpə uşaqlara, qadınlara aman verilmədi. Azərbaycan xalqına qarşı amansız şəkildə soyqırım həyata keçirildi.

Beləliklə ermənilərin Xocalıya daxil olmaları ilə yerli əhaliyə qarşı vəhşiliklərini həyata keçirdilər. Belə ki, 25-dən 26-a keçən gecə ərzində ermənilər Xocalıda törətdikləri vəhşiliklər nəticəsində:

613 nəfər öldürülmüşdür.

Bunlardan

106-sı qadın

83 nəfər 18 yaşına qədər olanlar

70 qoca

8 ailə tamamən məhv edilmiş

25 uşaq hər iki valideynini itirmişdilər

230 uşaq isə valideynlərindən birini itirmişdilər

480 nəfər isə şikəst olmuş (bunlardan 76-sı uşaqdır)

1275 nəfər əsir alınmış

150 nəfər isə itkin düşmüşdür. Bunlar haqqında hələ də heç bir məlumat yoxdur.

Mənim əsas məqsədim o dövrdə Xocalıda baş verənləri öz gözləri ilə görən xarici jurnalistlərin öz məqalələrində və müsahibələrində yazmış olduqlarını sizlərə çatdırmaqdır.

Jurnalist Viktoriya İvleva faciəni belə təsvir edirdi: “Xocalının girəcəyində bir tərəfdə buluda bənzər nəyinsə hərəkət etdiyini gördüm. Bu bulud yarıçılpaq insanların toplusu idi. Dəstənin sonunda üç uşaqlı qadın gedirdi. Uşaqlarından biri ikigünlük imiş. Bu uşaqların taleyini sonradan televizordan izlədim. Bu adamların cəsədləri eybəcərləşdirilmiş şəkildə qar üzərində qalaqlanmışdı”.

“Tayms”qəzeti: “Erməni əsgərləri yüzlərcə qaçqın ailəsini qırıblar. Sağ qala bilənlər xəbər veriblər ki, erməni əsgərləri 450-dən artıq azərbaycanlını güllələyiblər, onlardan çoxu uşaq və qadınlardır. Yüzlərcə, mümkündür ki, minlərcə insan itkin düşüb”-deyə bildirmişdilər. Digər bir xarici qəzet olan “Le Mond” bildirirdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında 3 baş dərisi soyulmuş, dırnaqları çıxarılmış meyit görüblər. Bu Azərbaycan təbliğatı yox, reallıqdır”.

Bir digər qəzet isə “Qolos Ukraini” idi və bildirirdi ki, “Müharibənin sifəti olmur. Yalnız məkrli maska, qanlı göz yaşları, ölüm, bədbəxtlik, dağıntılar... Xocalıda körpələri nə üçün qətlə yetirdilər? Bəs analarını? Allah insanı cəzalandırmaq istəyəndə onun ağlını alır”.

Xocalı faciəsi ilə əlaqədar Texas ştatının konqresmeni Solomon Ortits çıxış etmişdir. O, 1993-cü il noyabrın 29-da Newsweek jurnalında dərc olunmuş məqalədə ABŞ hökumət rəsmisinin açıqlamalarını qeyd etmişdir: “Biz onu görürük ki, ermənilər öz yollarında hər bir şeyi sistematik olaraq dağıdırlar. Bu vandalizmdir”. Həmçinin bildirmişdi ki, Azərbaycanın 20%-ə yaxın torpaqlarının işğalının davam etdir və Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın olmuşdular.

Hüquqda genosid cinayəti deyilən bir kəlimə (anlayış) mövcuddur və bu kəlməni təhlil edərkən üç ünsür yada düşməkdədir. Birinci tanınan milli, etnik və ya dini qrupun olması. İkinci isə, bu cür qrupu tamamı ilə və ya qismən məhv etmək niyyətinin olması. Üçüncü isə, tanınan qrupla bağlı genosid hərəkətlərindən hər hansı birinin törədilməsi. Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, Xocalıda törədilən hərəkətlərə genosid adı verilə bilər. Belə ki, Xocalı milliyətcə azərbaycanlı və İslam dininə mənsub şəxslərdən ibarət idi və məhz bunlara qarşı soyqırım həyata keçirilmişdir. Digər tərəfdən də ermənilərin azərbaycanlılara qarşı bu hərəkətləri qabaqcadan hazırlanmış və niyyətlərinin də qabaqcadan olması bu vəhşiliyə genosid deməyə əsas verməkdədir.

Bütün bu hadisələr dünyanın gözü qabağında baş vermişdir və bununla Cenevrə Sözləşməsini pozmuşdur. Digər tərəfdən isə beynəlxalq hüququn əsas ünsürlərindən biri olan insan haqlarını kobudcasına pozmuşdular. Bütün bunlara baxmayaraq dünya bu faciyəyə sakit qalmışdır. Ancaq ermənilərin Türkiyəyə qarşı qondarma soyqırımını hər il ABŞ, Fransa və s. kimi aparıcı dövlətlər qəbul edirlər.

OXŞAR XƏBƏRLƏR