Azərbaycanda böyük maraqla izlənən “Muhteşem yüzyıl” serialının qəhrəmanlarından biri ailə həyatı qurub.
AZXEBER.COM xəbər verir ki, serialda Mahidevran Sultan obrazını canlandıran aktrisa Nur Fettahoğlu ötən gün nikah masasına əyləşib.
O, 1 ilə yaxın birlikdə olduğu Levent Veziroğlu ilə ailə həyatı qurub.Cütlüyün nikah mərasimi İstanbulda, Rumelihisardakı evlərində təşkil edilib.Mərasimə 70-ə yaxın qonaq dəvət olunub. Cütlük gərgin iş qrafikindən dolayı bal aylarını ertələməli olublar.






