Türkiyədə meşə yanğınları 4 gündür ki, davam edir.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın Türkiyənin Muğla şəhərində elektrik naqillərində yaranan qısaqapanma nəticəsində yaranıb.
Belə ki, oktyabrın 18-də yerli saatla 04.30 radələrində Menteşe rayonunun Turnalı ərazisində meşədə yanğın baş verib.
Meşədən yüksələn tüstünü fərq edənlərin xəbəri üzərinə bölgəyə çox sayda yanğınsöndürmə qrupları sövq edilib. 313 personalın iştirak etdiyi söndürmə işlərinə Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qruplarının da dəstəyi ilə 130 müdaxilə vasitəsi, 45 su tankeri, 13 iş maşını, 16 vertolyot və 8 təyyarə müdaxilə edib.
lkin məlumatlara görə, elektrik naqillərindən qaynaqlandığı müəyyən edilən yanğın dünən saat 14.30-dan etibarən qismən nəzarətə götürülüb.
Oksana