Ümumdünya Meteorologiya Təşkilatından kəskin istilərlə bağlı bu ölkələrə XƏBƏRDARLIQ

Ümumdünya Meteorologiya Təşkilatından kəskin istilərlə bağlı bu ölkələrə XƏBƏRDARLIQ
DÜNYA
14:27 19.08.2023
270
Yaxın bir neçə gün ərzində Avropada, o cümlədən İsveçrə, Fransa və Polşada kəskin istilərlə ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) sözçüsü Kler Nullis bildirib.

O, iyul ayında tarixin ən isti ayı olaraq qeydə alındığını xatırladaraq, quru havanın bu həftənin əvvəlində İspaniyanın Tenerife şəhərində böyük yanğınlara səbəb olduğunu, Yaponiyanın da temperatur rekordlarını qıran uzunmüddətli isti dalğasının təsiri altında qaldığını vurğulayıb.
Nullis bildirib ki, həddindən artıq istilər nəticəsində Kanadada 600-dən çox meşə yanğını nəzarətdən çıxıb.
 
///Baku.ws
OXŞAR XƏBƏRLƏR