Ümumrusiya Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarına müraciət etdi

SİYASƏT
18:50 04.10.2013
1214

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva, Murmansk, Tomsk, İvanov, Stavropol bölmələri 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən müraciət yayımlayıb.

AZXEBER.COM-a ÜAK-dan verilən xəbərə görə, müraciətdə ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin öndərliyində ötən on ildə sürətli inkişaf yolu keçən Azərbaycan nəinki regionda, hətta dünyada dinamik inkişaf edən bir dövlətə çevrildiyi vurğulanıb.“Biz Rusiyada yaşayan azərbaycanlılar olaraq bu uğurları çox yüksək qiymətləndirir və bunlarla fəxr edirik. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə özünəməxsus uğurlu daxili və xarici siyasəti ilə seçilən, inkişaf edən, güclü Azərbaycan onun hüdudlarından kənarda yaşayan bütün azərbaycanlıların da dayağı, hüquq və azadlıqlarımızın müdafiəçisi, ictimai rifahının rəhnidir”.Daha sonra müraciətdə bildirilir: “Biz inamla və qətiyyətlə bildiririk ki, Azərbaycanın sonrakı inkişafı da məhz cənab İlham Əliyevin adı ilə bağlı olacaqdır. O, Azərbaycan dövlətinin və xalqının möhkəmliyinin, inkişafının, sabahının qarantıdır. Bəzi mühüm məsələlərin, ən başlıcası isə Qarabağ probleminin həlli məhz Prezident İlham Əliyevin əzmi ilə öz həllini tapacaqdır”Müraciətin sonunda isə dünya azərbaycanlılarını düzgün seçim etməyə, bütün azərbaycanlıların prezidenti olduğunu sübuta yetirmiş cənab İlham Əliyevə səs verməyə çağırış yer alır.

OXŞAR XƏBƏRLƏR