Münxen konfransı - Azərbaycan diplomatiyasının, Prezident İlham Əliyevin böyük uğuru

Münxen konfransı  - Azərbaycan diplomatiyasının, Prezident İlham Əliyevin böyük uğuru
SİYASƏT
17:41 21.02.2023
342
18 fevral 2023-cü il tarixdə Munxendə Təhlükəsizlik konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib. Plenar iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Həmçinin iclasda Gürcüstanın baş naziri İrakili  Qaribaşvili və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edirdilər. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Hensgen iclasa sədrlik edirdi.

Tədbirdə Azərbaycan Prezidenti bu görüşün tarixi görüş olduğunu söylədi. 

Bu görüş nəinki Nikol Paşinyanın, ümumiyyətlə,  erməni diplomatiyasının növbəti uğursuzluğu ilə yadda qaldı. Nikol Paşniyanın heç bir əsası olmayan sərsəm cavablarını Ermənistandan olan politoloqlar belə pislədilər. Ermənistan baş naziri özü müstəqil qərar verə bilmir. Ermənilərə xas olan xislətlə hər dəfə bir ölkənin ətəyindən yapışır. İndi də Fransanın ətəyidən yapışıblar.

Verilən suallara Nikol Paşinyan yazıq paltarında, havadarlarının təsiri ilə ikiüzlü cavablar verirdi. O, konkret və sadə suallardan yayınaraq  Qarabağda humanitar böhranın baş verməsi, Laçın dəhlizinin 70 gündür bağlı olması, uşaqlarla dolu avtobusa maskalıların təzyiq etməsi, qaz təchizatının kəsilməsi kimi yalanları ilə bir daha öz səhv versiyasını ortaya qoydu.

Prezident İlham Əliyev isə cavabında  regionda vəziyyətə yanaşmanın iki istiqaməti olduğunu söylədi. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikinci isə Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda "Dağlıq Qarabağ”  adlı inzibati ərazi yoxdur, əslində bu rus sözüdür. Azərbaycanda belə inzibati vahid yoxdur. Bu termin Azərbaycanın suverinliyinə və Konstitusiyasına hörmətsizlikdir. Azərbaycan çoxmillətli ölkədir. Biz bütün millətlərə hörmətlə yanaşırıq. Eyni zaman da Qarabağ rayonunda yaşayan erminilərlə də. Onların hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparmağa hazırıq. Yol açıqdır. Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmyacaq.

Hazırki vəziyyəti qiymətləndirən cənab Prezident bildirdi ki, 30 il ərzində torpaqlarımız Ermənistan işğalında olub. BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etsə də heç birinə əməl olunmayıb və bu illər ərzində işğalçı Ermənistana qarşı heç bir sanksiya  tətbiq olunmadı.

Biz ərazi bütovlüyümüzü, ləyaqətimizi, ədaləti bərpa etmək üçün 3000 can verdik. İşğaldan azad edilmiş torpaqlarımızın xarabazalığa çevrildiyini gördük. Məscidlərimizi dağıdılmış, təhqir edilmiş gördük.

2020-ci il noyabr tarixli üçtərəfli  bəyanat əslində de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır.

Baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevin dərin zəkası, yüksək diplomatik bacarığı qarşısında təkrar aciz qalaraq yenə də sərsəm fikirlərlə çıxış etdi. Gah sovet dövrünə qayıtdı, gah özlərinin qisas və nifrət siyasətini Azərbaycanın üstünə atmağa çalışdı. Münxen konfransı Azərbaycan diplomatiyasının, cənab Prezident İlham Əliyevin böyük uğuru idi. Ermənistan diplomatiyası isə, ermənilərin özlərinin etiraf etdiyi kimi, Paşinyanın növbəti uğursuzluğu idi.

Təyyibə Hüseynova
Abşeron rayonu, Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru, 
Azərbaycan Respublikasının "Əməkdar müəllimi"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
00:13 16.03.2025
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
23:59 15.03.2025
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
Latakiyada güclü partlayış baş verib, ölənlər var
23:51 15.03.2025
Latakiyada güclü partlayış baş verib, ölənlər var
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
23:35 15.03.2025
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
23:20 15.03.2025
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
22:54 15.03.2025
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
22:34 15.03.2025
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
22:09 15.03.2025
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
21:32 15.03.2025
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
21:21 15.03.2025
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
21:05 15.03.2025
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
20:41 15.03.2025
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
20:26 15.03.2025
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
20:13 15.03.2025
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
20:01 15.03.2025
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
Gədəbəydə meşə yanıb
19:49 15.03.2025
Gədəbəydə meşə yanıb