“Müqaviləmi görəndə sadəcə gülməyə başladım” – Sərvət qazanan 21 yaşlı futbolçu

“Müqaviləmi görəndə sadəcə gülməyə başladım” – Sərvət qazanan 21 yaşlı futbolçu
İDMAN
12:51 13.09.2025
218
PSV-nin sabiq futbolçusu Matteo Dams Səudiyyə Ərəbistanının "Əl-Əhli” klubuna keçidi barədə danışıb.

AZXEBER.COM xəbər verir ki, 21 yaşlı belçikalı müdafiəçi aldığı təklifin miqyasına inanmağın çətin olduğunu bildirib:

"Əslində, PSV ilə müqaviləmi yeniləməyi düşünürdüm, amma bir telefon zəngi hər şeyi dəyişdi. "Əl-Əhli”nin müqaviləsini görəndə sadəcə gülməyə başladım. Çünki rəqəmlər ağlasığmaz dərəcədə yüksək idi. 21 yaşlı futbolçu üçün bu, inanılmaz məbləğ idi. Əslində, belə bir vəziyyətdə hər kəs mənim kimi reaksiya verərdi. Maaş barədə danışmağı sevmirəm, amma insanların niyə soruşduqlarını anlayıram. Mən də eşitsəydim, təəccüblənərdim”.

Qeyd edək ki, M.Dams bu ilin yanvarında PSV-dən "Əl-Əhli”yə transfer olunub. Mətbuatda yer alan məlumata görə, onun maaşı Niderland klubunda aldığı 2500 avrodan aylıq 250 min avroya yüksəlib.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR