Müqəddəs üç ay – Rəcəb, Şaban, Ramazan

MARAQLI
22:20 01.01.2019
6273
Üç ayların özlərinə məxsus bir dadı var ki, onları ilin digər aylarından fərqləndirir. Bu aylarda könül dünyalarına yönələn insanlar, iman və duyğularla əbədi ömür sürəcəkləri cənnətlərə çatmış kimi olurlar. Onlar üçün bu aylardakı günlər, gecələr, hətta saatlar və dəqiqələr də sanki bir başqa sehrlə gəlib-keçir.

Məlum olduğu kimi qəməri ayların müqəddəs sayılan üç ayları bunlardır: Rəcəb, Şaban və Ramazan. Bu üç ayları digər aylardan fərqləndirən səbəb budur ki, Rəcəb ayının əvvəlində Hz.Məhəmmədə (s) Peyğəmbərlik vəhyi gəlməyə başladı, Şaban ayında vəhy davam etdi və Ramazan ayının əvvəlindən etibarən Qurani-Kərim ayələri Peyğəmbərimizə nazil oldu.

Üç ayların başlanğıcı Rəcəb ayıdır. Onun gəlməsi ilə ruhlar aləmlərin Rəbbinə qarşı dua, niyaz, həmd edir.

İmam Kazimdən (ə) də belə nəql olunur: "Hər kəs Rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu bir il ondan uzaq olar. Hər kəs üç gününü oruc tutsa, cənnət ona vacib olar." O həzrət başqa bir hədisdə buyurur: "Rəcəb - cənnətdə süddən ağ və baldan şirin bulağın adıdır ki, Rəcəb ayında bir gün oruc tutan şəxs mütləq həmin bulaqdan dadacaq."

İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: "Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin! Allah bağışlayan və mehribandır. Bu aya "Əsəbb" də (çox tökülən) deyilir, çünki bu ayda çoxlu ilahi rəhmət

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, şaban ayı müqəddəs üç ayların ikincisidir. "Şaban" sözü, şəabə kökündən törəmə sözdür. Xatırlatdığı mənalar, "şöbə, yol, təriqət, fərqlilik və müxtəlif xeyir əməllər" mənasına da gəlir. Hz.Əlidən (ə) Şaban ayının xeyirləri barədə soruşduqda belə buyurub: "Allahu-Təala Şaban ayında Cənnətin qapılarını yaxşı qullarına sonuna qədər açar və onları ən gözəl nemətlərlə mükafatlandırar." "Bu mükafatları necə əldə edə bilərik", - deyə soruşanlara isə belə cavab verib: "Şaban ayına məxsus müxtəlif əməllər ilə - namaz qılmaq, zəkat vermək, yaxşılığa dəvət edib pislikdən çəkinmək və çəkindirmək, valideynləri qiymətləndirmək, qohumlara, qonşulara və yoxsullara kömək etməkdir."

Şaban ayında Allah adına və Onun əmrlərinə uyğun gələrək edilən gözəl əməllər sayəsində insan xəstəliklərdən, pisliklərdən, günah işləməkdən qorunar, dünya həyatını da xoşbəxt və dinc yaşayar. Eləcə də bu gözəl əməlləri edənlər şeytanın təsirindən özünü qorumuş olar. Çünki şeytanın hər an insanların ən zəif vaxtlarını fürsət bilərək beyinlərinə girməyə və onları pis yola çəkməyə çalışır. "Sad" surəsinin 82 və 83-cü ayəsində buyurulub: "(İblis) dedi: "İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam. Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla". Allah (c. c.) İblisin bu təhdidinə qarşı belə buyurdu: "Haqq Məndəndir və Mən haqq danışanam. Cəhənnəmi mütləq səninlə (sənin övlad və qəbilənlə) və onlardan (insanlardan) sənin arxanca gedən kəslərlə büsbütün dolduracağam"".

Bunu da bilməliyik ki, müqəddəs Şaban ayı Hz.Rəsulullahın ayıdır. Rəsulullah bir hədisində belə buyurur: "Kim mənim ayımdan bir gün oruc tutsa Cənnət ona vacib olar."

İmam Sadiqdən (ə) soruşmuşlar, "Şaban ayında vacib olan gözəl əməllər nələrdir?" Həzrət belə buyurmuşdur: "Oruc tutmaq, namaz qılmaq, dua etmək, istiğfar etmək və möhtaclara sədəqə verməkdir. Çünki Allah bu ayda verilən sədəqəni ruzi və savab olaraq qatbaqat artıraraq sahibini mükafatlandırar."

Şaban ayının 14-dən 15-nə keçən gecə çox müqəddəs bir gecədir. Qədr gecəsindən sonra ən mübarək olan gecədir. Bu gecədə üç böyük qüdsi hadisə baş vermişdi. Birincisi: Peyğəmbərimizə peyğəmbərlik vəhyi gəlmişdir. İkincisi: İlk əvvəl Qiblə olaraq qəbul edilən Məscidi Əqsa, o gecə Allah-Təalanın əmriylə Məscidül-Hərama çevrilmiş və bununla əlaqədar olan ayə nazil olmuşdur. Ayə belədir: Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk. Odur ki, üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin. Həqiqətən, (səma) kitab(ı) verilmiş kəslər bilirlər ki, bu, (Kəbəyə üz tutmaq) onların Rəbbi tərəfindən olan bir haqqdır. (Çünki, onların kitabında İslam Peyğəmbərinin iki qibləyə namaz qılacağı vardır). Allah onların etdiklərindən (müxalifətlərindən) qafil deyildir. "(Bəqərə surəsi-ayə 144) Beləcə o gündən etibarən müsəlmanların qibləsi Kəbə olaraq təyin edildi. Üçüncü hadisə isə, gözlənilən İmamın bu gecədə anadan olmasıdır. Əhli-Beyt imamları bu gecəyə çox əhəmiyyət verərdilər. O gecəni namaz, dua və istiğfarla keçirərdilər. Hz.Rəsulullah bu gecə haqqında belə buyurub: "Kim ki, bu gecəni tam bir inam və təmiz ürəklə ibadətlə, duayla və istiğfarla keçirsə, Allah dualarını qəbul edər." Bu gecəyə "Bərat şamı" (Nurlu-işıqlıq gecə) deyilir. "Bərat" rütbə və nişan və ya bir imtiyaz verildiyini təsdiq edən fərman deməkdir. Məhz bu gecə Rəbbimiz tərəfindən Hz.Məhəmmədə peyğəmbərlik nişanəsi verilib.

Müqəddəs üç aylardan sonuncusu isə Ramazan ayıdır ki, bu barədə daha geniş şəkildə məlumat verəcəyik.
 
///MİLLİ.AZ
OXŞAR XƏBƏRLƏR