‘Ömür’ klinikasında nə baş verir?- İDDİA

SAĞLAMLIQ
14:58 19.06.2015
4261

Klinikanın rəhbəri Gülnarə Sultanqızı həkimlərə təklif etdiyi faiz dərəcələrini onların klinikaya müştəri cəlb etmək bacarıqları əsasında müəyyənləşdirir

Bu gün ölkənin səhiyyə sistemində mövcud olan bir çox problemlər də məhz respublikamızda fəaliyyət göstərən özəl klinikalarla bağlıdır. İlk növbədə qeyd olunmalıdır ki, bu tibb müəssisələrində xəstələrə təklif olunan xidmətlərin qiyməti özünü doğrultmayacaq qədər yüksək olur. Bunun müqabilində isə göstərilən tibbi xidmətlər mahiyyət etibarı ilə aşağı səviyyədə, bəzən isə hətta sağlamlıq üçün ziyan doğura biləcək bir həddə olur.

"Bizim Dövr" qəzetinə daxil olan məlumatlarda isə, bu gün Azərbaycanda reklam kampaniyası xüsusilə güclü təşkil olunmuş “Ömür” klinikasının fəaliyyətində müşahidə olunan ciddi nöqsanlara dair iradlar irəli sürülməkdədir. Məlumatlara görə “Ömür” klinikasında tibbi xidmətlərə görə müəyyən edilmiş qiymətlər, hətta bir çox digər özəl klinikalarla müqayisədə belə olduqca yüksəkdir. İddia olunur ki, baş həkim Gülnarə Sultanqızının rəhbərlik etdiyi bu tibb müəssisəsində, 800-900 manatdan aşağı məbləğə ümumiyyətlə heç bir xəstəliyin müalicəsini almaq mümkün deyil. Maraqlıdır ki, bu gün klinikanın təkcə USM mərkəzində 7 şöbə fəaliyyət göstərir. ABŞ, Almaniya, Yaponiya istehsalı olan aparatlarının köməyi ilə kompleks müalicədə böyük rol oynayan Transkranial və doppler müayinə, Exo-kardioqrafiya, orqanların müayinəsi, densitometriya, mammoqrafiya və s. müayinələr aparmaq mümkündür. Digər tərəfdən isə klinikanın müasir avadanlıqlarla təshiz olunduğuna baxmayaraq, burada həyata keçirilən müayinələrin dürüstlüyü, müalicə prosedurlarının isə effektivliyi mböyük şübhələr doğurur.

Mənbələr klinikada belə vəziyyətin yaranmasına əsas səbəb kimi məhz maddi gəlir faktorunun burada hər zaman üstünlük təşkil etməsilə bağlayırlar. Məlum olduğu kimi, tibbi xidmətlərə görə daha yüksək qiymətlər məhz xaricdən dəvət olunan və ya xarici ölkələrdə iş təcrübəsi olan yerli həkimlərin qəbuluna görə müəyyən olunur. “Ömür” klinikasında da əsasən respublikamızdan kənarda fəaliyyət göstərən ən müxtəlif səhiyyə ocaqlarında işləmiş və ya ixtisas kursları keçmiş tibb işçiləri çalışırlar. Bu həkimlərin xaricdə hansı səviyyədə peşəkarlığa yiyələndikləri isə yalnız onların özlərinə məlumdur. Amma bu həkimlərin potensialı barədə ümumi təsəvvürü, onlarla klinika rəhbərliyi arasında razılaşdırılmış faiz dərəcələrinə görə də əldə etmək olar.

Belə ki, adətən bilik və təcrübəsi daha çox olan həkimlərə təklif olunan faizlər də yüksək olur. Amma aldığımız açıqlamalara görə, məhz “Ömür” klinikasında həkimlərə verilən faiz dərəcələri onların klinikaya müştəri cəlb etmək bacarıqları ilə də təyin edilə bilər. Digər tərəfdən isə, mənbələr bildirirlər ki, bu tibb müəssisəsində xəstələrə təyin olunan dərmanlar da əksər hallarda həkimlərin müqavilə bağladıqları şirkətlər tərəfindən təklif olunan çeşidlərdən seçilir. Təbii ki, bu da şirkətlər tərəfindən həkimlərə ödnilən faiz məbləğləri ilə stimullaşdırılır.Qeyd etmək lazımdır ki, hələ ötən ilin sonlarında mətbuatda yayımlanan məlumatlarda “Ömür” klinikasında ölkənin Səhiyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar nəticəsində bir çox ciddi nöqsanların aşkarlandığı və bu səbəbdən də klinikanın bağlanacağı barədə açıqlamalar təqdim olunmuşdu. Bu xüsusda klinikada xəstələrdən alınan pula görə müvafiq qəbzlərin verilməməsi və vergidən yayınma hallarının aşkar edildiyi, eləcə də klinikada laborator müayinələr zamanı qoyulan diaqnozların əksər hallarda səhv olması barədə çoxsaylı şikayətlərin olduğu əsas göstərilmişdi.

Yeni aldığımız məlumatda isə bildirilir ki, hazırda “Ömür” klinikası fəaliyyətinə davam etsə də, bu fəaliyyət Səhiyyə Nazirliyinin müvafiq lisenziyası olmadan həyata keçirilir...

//"Bizim Dövr" qəzeti

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb