Müğənni Murad Arif həmkarı Mənzurə Musayevanın mahnısını ifa edəcək.
AZXEBER.COM xəbər verir ki, bunu Mənzurə Musayeva "İncə səhər" verilişində qonaq olan zaman açıqlayıb.
O, bildirib ki, Murad Arif mahnı üçün ondan icazə alıb:
"Bu yaxınlarda Murad Arif mənə zəng etmişdi, mahnımı oxumaq istədiyini dedi. Mən çox sevinirəm ki, o hər cürə mahnı oxumağa çalışır. Yeni bir popuri hazırlayır, orada mənim "Davulcu" mahnımı da səsləndirib. Mən də razılaşdım. Onu çox sevirəm və uğurlar razulayıram".
Aysel