Murad Bozun Azərbaycana gəlmə tarixi açıqlandı

Murad Bozun Azərbaycana gəlmə tarixi açıqlandı
MAQAZİN
18:35 12.12.2016
2436
Türkiyəli müğənni Murad Bozun rol aldığı "Dönerse senindir" filminin Bakıda qala gecəsi baş tutacaq.
 
Nizami Kino Mərkəzinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, gecədə Murad Bozun da iştirakı gözlənilir: "Təqdimat yanvarın 5-ə nəzərdə tutulub. Qala gecəsində Murad Boz da olacaq. Digər aktyorların iştirakı hələki dəqiqləşməyib. Biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz. Qala gecəsi 19:00 da başlayacaq". Qeyd edək ki, "Dönerse senindir” filmi dekabrın 23-də Türkiyədə tamaşaçılara təqdim olunacaq. Filmdə Muradın tərəf müqabilləri Yasemin Allen və İrem Sakdır.
 
Ekran işinin rejissoru Erol Özlevi, ssenari müəllifləri isə Gizem Elçi və Oğulcan Türedir.
OXŞAR XƏBƏRLƏR