Murad Qarabağdakı natəmizlikdən gileyləndi - VİDEO

Murad Qarabağdakı natəmizlikdən gileyləndi - VİDEO
MAQAZİN
13:39 30.07.2025
247
Murad Arif Qarabağda turistlərin yaratdığı natəmizlikdən narahatlığını dilə gətirib.

AZXEBER.COM xəbər verir ki, sənətçi insanların Turşsu ətrafında yaratdığı çirkabı nümaiş edərək, ekologiya düşmənlərini utandırıb.
 
"Nə yazıq ki, yurdumun insanı zibilləmək mövzusunda o qədər fərasətlidir ki, onların arxasıyca, ekoloqlar da çatdırmır. Axı çətin deyil, yeməyini, azuqəni yedin, gətirdiyin torbalara zibillərini yığıb, avtomobilində aparırsan ən yaxın zibilxanaya atırsan. Axı bu zülüm deyil, ölüm deyil. Axı o torpaqlar uğrunda can veriblər. Hanı bəs müqəddəslik anlayışınız? Bu qədərdir?! Meşə və çöl pikniklərində ocaq qalamaq, yemək bişirmək qadağa olunsun!" deyə Murad bildirib.
 
Xatırladaq ki, ötən il də sənətçi Laçından çağırış edərək ətrafı zibilləyən insanları ifşa etmişdi. Onun çağırışından sonra zibillənən ərazilər təmizlənmişdi. 
 
Aysel

OXŞAR XƏBƏRLƏR