Ömürlük diplomatik pasport kimlərə veriləcək? - VİDEO

SOSİAL
12:36 23.01.2022
213
Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

AZXEBER.COM xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı "Pasportlar haqqında”, "Dövlət qulluğu haqqında”, "Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əskini tapıb.

Qanuna əsasən, XİN tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən azı 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport təqdim edəcək.

Eyni zamanda qanuna görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.
 

OXŞAR XƏBƏRLƏR