Yaponiya və Cənubi Koreyada həyəcan: Şimali Koreya raket buraxdı

Yaponiya və Cənubi Koreyada həyəcan: Şimali Koreya raket buraxdı
DÜNYA
13:09 06.08.2026
207
Cənubi Koreya Şimali Koreyanın Yaponiya dənizi (Şərq dənizi) istiqamətində naməlum raket buraxdığını açıqlayıb.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı (JCS) məlumat yayıb.

Bildirilib ki, raket Şimali Koreyanın şərq sahilləri istiqamətindən Yaponiya dənizinə doğru buraxılıb. Raketin tipi və texniki xüsusiyyətləri ilə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.

Yaponiya Müdafiə Nazirliyi isə buraxılan obyektin ballistik raket ola biləcəyini bildirib.

Hadisə ilə bağlı Cənubi Koreya və Yaponiya hərbi qurumları vəziyyəti yaxından izləyir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR