Argentinanın sabiq diktatoru Xorxe Rafael Videla ötən gün paytaxt Buenos-Ayresdə 87 yaşında dünyasını dəyişib. O, bəşəriyyətə qarşı törətdiyi cinayətlərə görə bir neçə ömürlük həbs cəzasını çəkdiyi həbsxanada vəfat edib. Ölümün təbii səbəblərdən baş verdiyi bildirilir.Qeyd edək ki, Xorxe Rafael Videla 1976-cı ildə Argentinada hərbi çevrilişdən sonra hakimiyyətə gəlmişdi. O hakimiyyətə gələn kimi parlament buraxılmış, komendant saatı tətbiq edilmiş, siyasi partiyaların və həmkarlar ittifaqlarının fəaliyyəti dayandırılmış, ölkədə repressiyalar başlamışdı.