Murtuz Ələsgərovun nəvəsi ən yaxşı müğənni oldu

ŞOU-BİZNES
10:06 08.05.2011
3722

Əsasən musiqiyə meyl göstərən bu məktəbin şagirdləri də nəyə qadir olduqlarını bir daha nümayiş etdirməkdən ötrü öz aralarında belə tədbir keçirmək qərarına gəldilər.

Müsabiqənin yarımfinalı aprel ayının 18-də baş tutub. Finala yalnız 15 şagird vəsiqə qazanıb. 

Finalda münsiflər heyətinin üzvləri arasında respublikanın xalq artisti Zülfiyyə Xanbabayeva, "Yeni ulduz" müsabiqəsinin iştirakçısı və məktəbin məzunu Azad Şabanov, bəstəkar Toni, məktəbin nəğmə müəlliməsi Tamilla Səlimova, Azərbaycanı bir neçə beynəlxalq müsabiqələrdə təmsil edən məktəbin məzunu, skripkaçı Mustafa Mehmandarov və Elnur Qurbanov vardı.

Yarışmada birinciliyi Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərovun qız nəvəsi Rəna Bayramova /7b sinif şagirdi/, ikinciliyi Ülviyyə Əzizova /9d sinif şagirdi/, üçüncülüyü Xalidə Adıgözəlova /9ç sinif şagirdi/ qazandılar. Hər üç yarışmaçını təbrik edirik!

Münsiflər eyni zamanda digər nominasiyalar üzrə də qalibləri seçdilər . Belə ki, ən gözəl geyimin Suada Məmmədovaya, ən yaxşı performansın Nigar Muradovaya /8ç sinif şagirdi/ məxsus olduğunu bildirdilər. Ən cazibəli ifaçı Ellada Zeynalova /8ç sinif şagirdi/ seçildi.

Əlavə edək ki, "23 VİSİON"nun təşkilatçıları məktəbin direktoru İradə Rəhimli, fizika müəlliməsi Firəngiz Tağıyeva, məktəbin laborantı Lalə Hacıyeva və əlbəttə ki, şagirdlər idilər.

23 saylı məktəbin şagirdləri həqiqətən oxuyan uşaqlardır, sözün həm birinci, həm ikinci mənasında...

/// "Oxu Məni" qəzeti

OXŞAR XƏBƏRLƏR