Musa Qurbanlı Konfrans Liqası üçün sifariş olundu

İDMAN
17:16 25.07.2023
213
İsveçin "Yurqorden” klubu yay transfer pəncərəsində heyətinə qatdığı Azərbaycan millisinin futbolçusu Musa Qurbanlını UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları üçün sifariş edib.

AZXEBER.COM xəbər verir ki, 21 yaşlı hücumçu İsveç təmsilçisi  "Lütsern”ə qarşı oynaya bilər. Onun adı 23 nəfərlik siyahıya daxil edilib.

Xatırladaq ki, "Qarabağ”dan "Yurqorden”ə keçən Musa Qurbanlı Stokholm təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, sözügedən komanda "Lütsern”ə qarşı ilk oyunu iyulun 27-də öz meydanında, cavab matçını avqustun 3-də səfərdə keçirəcək.
OXŞAR XƏBƏRLƏR