"Müsavat" daha 4 dairədən deputatlığa namizədlərini açıqladı - ADLAR

"Müsavat" daha 4 dairədən deputatlığa namizədlərini açıqladı - ADLAR
SOSİAL
16:02 15.07.2024
129
Bu gün Müsavat Partiyasından növbədənkənar parlament seçkilərində iştirak edəcək daha 4 namizədin adı açıqlanıb.

Bu barədə AZXEBER.COM-a partiyadan məlumat verilib.

Müsavat Divanının seçkidə iştirakını təsdiq etdiyi həmin dörd namizəd bunlardır:

Mustafa Hacılı - 8 saylı Binəqədi birinci seçki dairəsi, İlqar Quliyev - 32 saylı Suraxanı üçüncü seçki dairəsi, Osman Kazımov 84 saylı Füzuli seçki dairəsi, Sabir Məmmədli - 104 saylı Gədəbəy seçki dairəsi.

Qeyd edək ki, Müsavat Partiyası bu günə kimi növbədənkənar parlament seçkilərində iştirak edəcək 34 dairə üzrə namizədlərin adını açıqlayıb.
OXŞAR XƏBƏRLƏR