‘Müsavat’ – İbrahimbəyov qovğası qızışır - AÇIQLAMA

‘Müsavat’ – İbrahimbəyov qovğası qızışır -  AÇIQLAMA
SİYASƏT
13:44 12.11.2013
1177

Müxalifət partiyalarının birləşdiyi Milli Şurada (MŞ) ciddi gərginlik yaranıb. Siyasi qüvvələr arasında yaranmış dərin fikir ayırılıqları qurumun dağılması ilə nəticələnə bilər.

AZXEBER.COM-un məlumatına görə, MŞ-dakı mənbə «Bizim Yol»a bildirib ki, təşkilatın gələcək taleyi, fəaliyyət planı və strtukturlaşması ilə bağlı fərqli mövqelər partiyalar arasında ciddi narazılıq yaradıb.

«Əsas narazılıq Milli Şuranın sədirliyi ilə bağlıdır. Müsavat Partiyası birmənalı şəkildə hazırki sədr Rüstəm İbrahimbəyovun təşkilatdan kənarlaşdırılmasını tələb edir. Müsavat rəhbərliyi bu tələbi irəli sürərkən bir neçə arqument səsləndirir.

1.R.İbrahimbəyovun prezidentliyə namizəd ola bilməməsi, Azərbaycana gəlməməsi və siyasi proseslərdə iştirak etməməsi.

2.Milli Şura sədrinin Rusiya hakimiyyətinə bağlı olması və onun diktəsi ilə hərəkət etməsinə dair cəmiyyətdə və beynəlxalq birlikdə rəy formalaşması.

Müsavat İbrahimbəyovun MŞ-dan çıxarılması ilə bərabər prezidentliyə sabiq namizəd Cəmil Həsənlinin təkbaşına sədirlik etməsinə razı olduğunu bildirir.

Məsələylə bağlı AZXEBER.COM-a danışan prezidentliyə keçmiş namizəd, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bunun gözlənilən olduğunu deyir:

“Müsavat başqanı İsa Qəmbər hər zamanı bu cür taktiki gedişlərdən istifadə edib. Yadımdadı, 1998-ci ildə keçirlən prezident seçkilərində Əbülfəz Elçibəy vahid namizəd olmuşdu. O zaman da İsa bəy, Elçibəyin vahid namizədliyinə etiraz etmişdi. İndi isə, İbrahimbəyovu oyundan kənarlaşdırmağı düşünür. Bir yerdə qurduqları birliyi yavaş-yavaş dağıtmağı planlaşdırır. Bu İsa Qəmbər hər zaman belə oyunlar oynayıb”.

Qeyd edək ki, Müsavat Partiyasının arqumentləri Milli Şuradakı çoxluğun etirazı ilə qarşılanır. Cəmil Həsənli qəti şəkildə bu mövqeyə qarşı olduğunu bildirir və Müsavat qarşısında açıq tələb qoyub. O əks təqdirdə Milli Şurada qalmayacağını deyib.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR