AZXEBER.COM “Media forum” saytına istinadən xəbər verir ki, Müsavat Məclisi sədrliyinə yeganə iddiaçı olan başqan müavini Nüşabə Sadıxlı partiyadaşlarının dəstəyini qazanaraq bu posta seçilib. Onun lehinə səsvermədə iştirak edən 76 nəfərdən 62-si səs verib. Nüşabə Sadıxlı Müsavatın tarixində Məclis sədri postunu tutan ilk qadındır.
Nüşabə Sadıxlı 1972-ci ildə Azərbaycan (Bakı) Dövlət Universitetini bitirdikdən sonra orada pedaqoji fəaliyyət göstərir. Filologiya elmləri namizədi, BDU-nun dünya ədəbiyyatı kafedrasının dosentidir.
Milli azadlıq hərəkatının öncül şəxslərindən olan Nüşabə Sadıxlı uzun illər AXC, AXCP və KXCP-də fəaliyyət göstərib. 2003-cu ildən Müsavat Partiyasının üzvüdür.
Məclis katibi postuna 70 səslə Rauf Ağa seçilib.
Divan üzvü seçilən şəxslər bunlardır: Gülağa Aslanlı (59 səs), Alya Yaqublu (57 səs), Başxanım Abbaslı (45 səs) və Səxavət Soltanlı (49 səs).
Məclisə 6 nəfər seçilib, bununla da üzvlərin sayı 125-ə çatıb.
Mərkəzi Nəzarət Təftiş Komissiyasına seçilən olmayıb.
Müsavat Məclisində 32 yer, Mərkəzi Nəzarət Təftiş Komissiyasında 4 yer boş idi.