Müsavat namizədlərin siyahısını açıqladı - İsa Qəmbər Yasamaldan namizəd olacaq

Müsavat namizədlərin siyahısını açıqladı - İsa Qəmbər Yasamaldan namizəd olacaq
SİYASƏT
14:09 29.08.2015
2180

Bu gün Müsavat Partiyasının növbədənkənar Məclisi parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Məclisin iclasında seçki qərargahının rəhbəri Gülağa Aslanlı partiyanın rayon təşkilatları tərəfindən namizədliyi irəli sürülməsi razılaşdırılmış namizədlərin adları açıqlanıb.

Müsavat Partiyasının 30-a yaxın dairədən deputatlığa namizədləri yoxdur. Eyni zamanda partiyanın Naxçıvan Muxtar Respublikasındakı 7 seçki dairəsində də namizədləri yoxdur.

Rayon təşkilatlarının razılaşdırdığı namizədləri Məclisdə səsverməyə çıxarılaraq təsdiqlənib.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin 15 saylı Yasamal Birinci Seçki Dairəsindən, 33 saylı Xətai Birinci Seçki Dairəsindən Müsavat Partiyasının başqanı Arif Hacılı namizəd olub. 123 saylı Kəlbəcər Seçki Dairəsindən Azərbaycan Milli Demokrat Partiyasının sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun namizədliyi dəstəklənib.

29 saylı Səbail Seçki Dairəsindən Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıxlı, 46 saylı Şirvan Seçki Dairəsindən Müsavat başqanının müavini Elman Fəttah, 50 saylı Qobustan-Xızı-Sumqayıt Seçki Dairəsindən Səxavət Soltanlı namizəddirlər.

26 saylı Sabunçu Birinci Seçki Dairəsindən Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu, 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən Arzu Səmədbəyli, 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən Rafiq İsmayıl, Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli, 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən İkram İsrafil, 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən Məclis üzvü Vəfa Cümşüdlü, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən Məclis üzvü Nəsiman Yaqublu olublar.

Müsavat başqanının həbsdə olan müavinlərinin də partiyanın deputatlığa namizədlərinin olması səsverməyə çıxarılıb və qəbul edilib. Tofiq Yaqublu 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən deputatlığa namizəd olub. Müsavat başqanının digər həbsdə olan iki müavininin namizəd olduğu dairələrdən isə faktiki ikinci namizədlər olub.

Beləliklə, Yadigar Sadıqlı Lənkəran Seçki Dairəsindən namizəd olub, bu dairədən partiyanın ikinci namizədi Mikayıl Əsədovdur.

121 saylı Laçın Seçki Dairəsindən namizəd Müsavat partiyası başqanının həbsdə olan müavini Fərəc Kərimli, faktiki namizəd isə onun atası Rafiq Kərimli olub.

Müsavat Partiyasının 67 saylı Cəlilabad Cəlilabad Şəhər Seçki Dairəsindən, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən və 108 saylı Ağstafa Seçki Dairəsindən də iki namizədi var. Bu dairədən Müsavat Partiyası Divanın üzvü Balaşxanım Abbasova və rayon təşkilat komitəsinin sədri Ayvazalı Orucov namizəddirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...