Müsavat Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisində iştirak edəcək.
AZXEBER.COM xəbər verir ki, qərar iyulun 4-də Müsavat Partiyası Məclisinin toplantısında qəbul olunub.
İndiyə qədər 3 partiyanın - REAL, Ağ Partiya və Vətəndaş Həmrəliyi Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınıb.
Hakim Yeni Azərbaycan Partiyası isə səlahiyyətli nümayəndələrini təyin edib və seçki qərargahını yaradıb.