Müsavat Partiyası parlament seçkisində iştirak edəcək

SİYASƏT
15:30 04.07.2024
151
Müsavat Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisində iştirak edəcək. 

AZXEBER.COM xəbər verir ki, qərar iyulun 4-də Müsavat Partiyası Məclisinin toplantısında qəbul olunub. 

İndiyə qədər 3 partiyanın - REAL, Ağ Partiya və Vətəndaş Həmrəliyi Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında  qeydiyyata alınıb. 

Hakim Yeni Azərbaycan Partiyası isə səlahiyyətli nümayəndələrini təyin edib və seçki qərargahını yaradıb.

OXŞAR XƏBƏRLƏR