Müsavatçı xanımın övladı dənizdə itkin düşdü

Müsavatçı xanımın övladı dənizdə itkin düşdü
SOSİAL
13:24 15.07.2019
3164
Tanınmış Müsavatçı xanımın oğlu itkin düşüb.

AZXEBER.COM xəbər verirki, partiya üzvü Laləzar Məmmədlinin oğlu İlham dünən Bakıda dostları ilə dənizə gedib. 

Bu haqda məlumatı partiyanın funksioneri Mustafa Hacıbəyli verib.
 
Dənizdə çimərkən həmin gənc dostu ilə çıxılmaz vəziyyətə düşüb. Dost çətinliklə də olsa dənizdən çıxa bilib və hazırda xəstəxanadadır.

 
Təxminən 30 yaşlarında olan İlhamdan isə hələ də xəbər yoxdur. 

Hazırda onun axtarışları davam etdirilir.

İlham Məmmədli evlidir, 2 uşağı var. 
OXŞAR XƏBƏRLƏR