Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Baş İdarəsinin repertuarında olan Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsəri olan "Arşın mal alan” operettası Muşda səhnəyə qoyulub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Muş Bələdiyyəsi və Muş Alparslan Universitetinin əməkdaşlığı ilə şəhərə gələn Ankara Dövlət Opera və Balet Baş İdarəsinin sənətçiləri "1071 Malazgirt Konqres və Mədəniyyət Mərkəzi”ndə "Arşın Mal Alan” operettası üçün səhnəyə çıxıblar.
Tədbirdən sonra çıxış edən Muş valisi Avni Çakır bu gecə Muşun mədəniyyət və incəsənət sahəsindəki fəaliyyətlərlə bağlı nə qədər həssas olduğunu gördüklərini söyləyib.
Zalın əvvəlki teatr, musiqi və şoularda olduğu kimi möhtəşəm olduğunu deyən Çakır:
"Sənətçilərimizlə söhbət etdik. Onlar da Muşluların marağından razı qaldıqlarını deyirlər. Gözəl bir gecə oldu. bundan sonra da bu tədbirlərlə Muşun mədəni və sənət həyatına rəng qatmağa davam edəcəyik. Əməyi keçənlərə təşəkkür edirəm." deyib.
Oksana