AZXEBER.COM xəbər verir ki, sənətçi Mədəniyyət Nazirliyinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Suraxanı rayonu Heydər Əliyev mərkəzinin, Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən "Qonagım var" layihəsi çərçivəsində Azərbaycandakı pərəstişkarları ilə görüşüb.
Konsert zamanı tamaşaçılar Müşərrəf Akayın ifalarından böyük zövq alıb, hər kəs üçün çox duyğulu, mənalı anlar yaşanıb.
Konsertdə Aybəniz Haşımovanın rəhbəri olduğu "Sənət Akademiyası"nın istedadlı gənc ifaçıları, beynəlxalq festival, müsabiqələrdə qalib olmuş Milana Nəbiyeva, Xədicə Rəşidli, Nərmin Nərmalı, Davud Nəsirli, Hikmət Qasımov və Əhməd Məmmədov da çıxış edib.
Onların biri-birindən gözəl ifaları böyük rəğbətlə qarşılanıb.
Aysel