Toylarda musiqi sifarişi üstündə düşən davalar kafelərdə də baş verməyə başlayıb. Şamaxı sakini Hilal Bayramov Bakıda gecə saat 1-2 radələrində dostları ilə kafelərin birində yeyib-içiblər. O, musiqi sifariş edərkən başqa masada oturan müştərilərdən biri ilə mübahisə edib.Kafe sahibi Asif Musayev mübahisəni mübahisəni sakitləşdirmək istəyərkən Hilal onunla da dava edib. Elə hər şey də bu zaman olub. Asif Musayevi bıçaqlayıb qaçan Hilalı Binəqədi polisi Şamaxıda saxlayaraq istintaqa cəlb edib.İndi Hilal Bayramov barəsində Binəqədi polisi tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma maddəsilə cinayət işi başlanıb.