"Musiqiçilərə ən yaxşı pul verən mənəm"

"Musiqiçilərə ən yaxşı pul verən mənəm"
MAQAZİN
11:06 19.03.2026
146
"Musiqiçilərə haqqı olan, hətta daha artıq pul verən müğənnilərdən ən birincisi elə mənəm. Bunu mən yox, elə musiqiçilər özləri deyirlər".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu deyib.
 
"Gün ortası" verilişində qonaq olan Şəbnəm bəzi həmkarlarına söz atıb:
 
"Musiqiçilərə haqqı olan, hətta daha artıq pul verən müğənnilərdən ən birincisi elə mənəm. Bunu mən yox, elə musiqiçilər özləri deyirlər. Olur ki, toylarda nəmər yığılır. Bu günə qədər o pula əlimi vurmamışam. Həmişə demişəm ki, o musiqiçilərin halal haqqıdır. Çünki müğənnini oxudan musiqiçidir. Mənim necə yaxşı səsim olur-olsun, əgər musiqiçi məni doğru müşaiyət etmirsə, oxuya bilməyəcəyəm".
 
Aysel


OXŞAR XƏBƏRLƏR