"Qalatasaray"da saysız-hesabsız uğurlara imza atan və göstərdiyi performansla böyük rəğbət qazanan Fernando Musleraya təkliflər gəlməkdə davam edir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, İtaliya B Seriyasında mübarizə aparan "Parma"nın Superliqa nəhəngi "Qalatasaray"ın ulduz qapıçısı Fernando Musleraya təklif göndərdiyi məlum olub.
Qeyd edək ki, uruqvaylı qapıçının mövsümün sonunda komandadan ayrılacağı iddia edilirdi.
Musleranın bu təklifə necə cavab verəcəyi böyük maraq doğurur.
Gülay