"Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi"nin icraçı direktorunun müavini Müslim İmranlı vəzifəsindən azad edilib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, M.İmranlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq və şəhərsalma şöbəsinin müdiri vəzifəsinə təyin olunub.