Mustafa Dənizlinin “Xəzər Lənkəran”da nə qədər qazanacağı məlum oldu.
AZXEBER.COM xəbər verir ki, hazırda “Xəzər Lənkəran”a keçidi gündəmdə olan və danışıqlar üçün Lənkərana da gələn türkiyəli təcrübəli mütəxəssis Mustafa Dənizli ilə müqavilənin detalları məlum olub.Türkiyənin “Sabah” qəzeti iddia edib ki, M.Dənizli Lənkəran təmsilçisi ilə 1,5 illik müqavilə bağlayacaq və bu müddətdə 6 milyon avro qazanacaq.Klub tərəfindən bu məsələ ilə bağlı rəsmi qərar hələlik verilməsə də müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir.