Mustafa Sandal Almaniyada yaşayan Payman adlı müğənninin "İsyankar" mahnısının melodiyasından icazəsiz istifadə etməsinə sərt reaksiya verib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, müğənni "İsyankar” mahnısının melodiyasından alman mahnısına uyğunlaşdırılaraq
"İst Mir Egal” adı ilə istifadə edildiyini öyrənib.
O məsələ ilə bağlı qanuni addım atacağını bildirib.
Payman adlı alman müğənninin klipini sosial media hesabında paylaşan Sandal vəkilinin məsələ ilə məşğul olacağını deyib.
Şəbnəm