Mustafa Şentop bu gün Azərbaycana səfərə gəlir

Mustafa Şentop bu gün Azərbaycana səfərə gəlir
SİYASƏT
13:18 01.06.2022
489
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bu gün Azərbaycana səfərə gələcək.

AZXEBER.COM-un xəbərinə görə, o, sabah ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak edəcək.

Tədbirdə habelə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Milli Məclisin sədri Sahibə Qafarova və digər şəxslər iştirak edəcəklər.
OXŞAR XƏBƏRLƏR