Mustafa Şentop Sahibə Qafarova ilə görüşdü

Mustafa Şentop Sahibə Qafarova ilə görüşdü
SOSİAL
16:40 19.10.2020
592

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop parlament sədri Sahibə Qafarova ilə görüşüb.

"Anadolu” xəbər verir ki, Azərbaycan Milli Məclisində keçirilən ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş olub.

Şentop çıxışında Ermənistanın təcavüzündən sonra bütün vəziyyətlərdə Türkiyənin Azərbaycanın yanında olacağını deyib.

O, TBMM-də dörd siyasi partiyanın ortaq bəyanat yayaraq Ermənistanın hücumlarını qınadığını, Azərbaycana dəstək verdiklərini xatırladıb və bu müddətdə iki ölkənin millət vəkilləri arasında həmrəyliyin daha da artdığını qeyd edib:

"TBMM İnsan Hüquqları Komissiyamız Xarici İşlər Nazirliyimizlə koordinasiyalı olaraq Ermənistanın Azərbaycana hücumlarının səbəb olduğu insan haqları pozuntularını araşdırmaq üçün alt komissiya yaradıb”.

O, təəssüf hissi ilə bildirib ki, bəzən beynəlxalq təşkilatların qanunsuz və məntiqsiz qərarları ilə qarşılaşırıq:

"İşğalçı və təcavüzkar Ermənistana əl altından silah yardımı da daxil olmaqla yardım göstərilir. Ermənistanın iqtisadi vəziyyəti bu silahları alacaq qədər güclü deyil. Bunun işğalçı Ermənistanı mükafatlandırmaq olduğunun fərqindəyik. Bütün dünyaya bu barədə danışmalıyıq”.

Azərbaycan ordularının uğurlarını yaxından izlədiklərini söyləyən Şentop qeyd edib ki, Ermənistan məğlubiyyətə uğradıqca daha da təcavüzkar olur və qabiliyyətsizliyini ört-basdır etmək üçün dinc əhaliyə hücum edir.

Sahibə Qafarova Ermənistanın hücumları, Azərbaycan ordusunun uğurları, bütün insanların bu ədalətli işdə bir yumruq kimi birləşdiklərindən bəhs edib.

O, bu haqlı mübarizədə Azərbaycana göstərdiyi dəstəyə görə Türkiyəyə təşəkkür ünvanlayıb.

Azərbaycan və Türkiyənin ortaq tarixə sahib olduğunu diqqətə çatdıran S.Qafarova qeyd edib:

"Bu keçmiş bizi daha yaxşı gələcək qurmağa çağırır. İki ölkə arasında bu günə qədər 249 müqavilə imzalanıb. 2019-cu ildə ticarət həcmimiz 4,5 milyard dollar olub. Bu ilin ilk 8 ayında pandemiyaya baxmayaraq, ticarət həcmimiz təxminən 3 milyard dollar təşkil edib. Qarşılıqlı investisiyalar 30 milyard dollara çatıb. Bunlar müsbət göstəricilərdir. Ancaq ölkələrimizin potensialı bu göstəricilərdən yüksəkdir. Qarşılıqlı səylər nəticəsində daha yaxşı nəticələr əldə edəcəyik”.

Şentop və onu müşayiət edən parlament nümayəndə heyəti Fəxri Xiyabana gələrək əvvəlcə Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, çələng qoyublar.

Sonra Şentop 20 Yanvar şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanını da ziyarət edərək buradakı Əbədi Məşəlin önünə, sonra Bakı Türk Şəhidləri Qəbiristanlığına gedərək abidə önünə əklil qoyub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı